Qelebə.az / "The Best": Ən yaxşı qadın baş məşqçi nominasiyası üzrə finalçılar bəlli olub

"The Best": Ən yaxşı qadın baş məşqçi nominasiyası üzrə finalçılar bəlli olub

9-02-2023, 18:19

FIFA 2022-ci ilin ən yaxşı qadın baş məşqçisi nominasiyası üzrə mükafatın finalçılarını açıqlayıb.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, yekun siyahıda 3 mütəxəssis yer alıb.

Finalçılar bunlardır: Sonya Bompastor (Fransa / "Lion"), Pia Sundxage (İsveç / Braziliya millisi), Sarina Viqman (Niderland / İngiltərə millisi).

Qeyd edək ki, "The Best" mükafatı fevralın 27-də təqdim ediləcək.

Geri qayıt