Qelebə.az / Premyer Liqaya yüksələn ilk klub bəlli oldu

Premyer Liqaya yüksələn ilk klub bəlli oldu

18-04-2026, 12:59

İngiltərə Premyer Liqasına yüksələn ilk klub məlum olub.

Apasport.az xəbər verir ki, "Koventri Siti" Çempionşipdə mövsümün bitməsinə üç tur qalmış elitaya vəsiqəni təmin edib.

Frenk Lempardın rəhbərlik etdiyi kollektiv 43-cü turda səfərdə "Blekbörn"lə 1:1 hesablı heç-heçə edib.

"Səma maviləri" 3-cü pillədə qərarlaşan "Milluol"u 13 xal qabaqlayır.

"Koventri Siti" 25 il sonra İngiltərə Premyer Liqasına qayıdıb.

Geri qayıt