Qelebə.az / Millimizdən növbəti böyükhesablı məğlubiyyət

Millimizdən növbəti böyükhesablı məğlubiyyət

17-04-2026, 16:29

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

QELEBE.AZ xəbər verir ki, Həbib Ağayevin yetirmələri Gürcüstan yığmasına uduzub.

Xorvatiyanın Luçko şəhərində təşkil olunan görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin qolunu 5-ci dəqiqədə penaltidən Xanım Əsədova vurub. 90+3-cü dəqiqədə Aysu Əsədova qırmızı vərəqə alaraq meydanda qovulub.

Xatırladaq ki, U-19 daha əvvəl Xorvatiyaya 0:6, Çexiyaya 0:9 hesabı ilə uduzub.

Geri qayıt