Qelebə.az / Azərbaycan - Andorra oyunundan əvvəl açıq məşqin vaxtı bəlli oldu

Azərbaycan - Andorra oyunundan əvvəl açıq məşqin vaxtı bəlli oldu

16-04-2026, 10:37

Qadınlar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 18-də “Bank Respublika Arena”da Andorra yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının oyunöncəsi mətbuat konfransının və açıq məşqinin vaxtı açıqlanıb.

QELEBE.AZ xəbər verir ki, millimizin çalışdırıcısı Siyasət Əsgərov 17:15-də mətbuat önünə çıxacaq.

17 aprel
 
Azərbaycan milli komandası

17:15. Mətbuat konfransı
18:00. Açıq məşq

Geri qayıt