Qadın və kişi voleybolçuların Yüksək Liqasında üçüncü yer və çempionluq uğrunda oyunların keçiriləcəyi tarixlər bəlli olub.
QELEBE.AZ xəbər verir ki, aprelin 18-də kişilərin Yüksək Liqasında üçüncü yer uğrunda “Neftçi” və “Murov Az Terminal” klubları, finalda isə “Xilasedici” və “Ordu” komandaları üz-üzə gələcəklər.
Qadın voleybolçular mükafatlar üçün aprelin 19-da meydana çıxacaqlar. Xanımların mübarizəsində üçüncü yer uğrunda “Milli Aviasiya Akademiyası” ilə “Gəncə”, finalda isə “Turan” və “DH Volley” komandaları qarşılaşacaqlar.
Hər iki final oyunundan dərhal sonra qaliblərin mükafatlandırma mərasimi baş tutacaq.
18 aprel
Yüksək Liqa (kişilər)
Üçüncü yer uğrunda oyun
13:00. “Neftçi” - “Murov Az Terminal”
Final
16:00. “Xilasedici” - “Ordu”
19 aprel
Yüksək Liqa (qadınlar)
Üçüncü yer uğrunda oyun
13:00. “Milli Aviasiya Akademiyası” - “Gəncə”
Final
16:00. “Turan” - “DH Volley”