Azərbaycan II Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Qaradağ Lökbatan" futbol klubunun üzvü Emil Quluzadə mükafatlandırılıb.
QELEBE.AZ xəbər verir ki, mart ayının ən yaxşı qolunun müəllifi XXII turun "Qaradağ Lökbatan" - "Quba" qarşılaşmasından əvvəl təltif olunub.
Ona mükafatı Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.