Qelebə.az / "Atalanta"nın futbolçusu La Liqa yolunda

"Atalanta"nın futbolçusu La Liqa yolunda

10-04-2026, 15:50

"Atalanta"nın futbolçusu Ederson karyerasını İspaniyada davam etdirə bilər.

QELEBE.AZ xəbər verir ki, "Atletiko Madrid" braziliyalı yarımmüdafiəçi ilə yaxından maraqlanır.

bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İddialara görə, La Liqa klubu 26 yaşlı oyunçu üçün 40 milyon avro ödəməyə hazırdır. Futbolçunun özü də bu keçidə müsbət yanaşır.

Qeyd edək ki, Edersonun Berqamo təmsilçisi ilə sözləşməsi 2027-ci ilin yayında başa çatacaq.

Geri qayıt