Qelebə.az / "The Best": FIFA ən yaxşı qapıçı nominasiyası üzrə finalçıları açıqlayıb

"The Best": FIFA ən yaxşı qapıçı nominasiyası üzrə finalçıları açıqlayıb

8-02-2023, 20:32

FIFA 2022-ci ilin ən yaxşı kişi və qadın qapıçısı nominasiyası üzrə mükafatın finalçılarını açıqlayıb.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, 3 nəfərlik yekun siyahıda aşağıdakı qolkiperlər yer alıblər:

Kişi qapıçılar

1. Yassin Bunu (Mərakeş / "Sevilya")

2. Tibo Kurtua ("Real Madrid" / İspaniya)

3. Emiliano Martines (Argentina / "Aston Villa")

Qadın qapıçılar

1. Ann-Katrin Berger (Almaniya / "Çelsi")

2. Meri Erps (İngiltərə / "Mançester Siti")

3. Kristiana Endler (Çili / "Lion")

Qeyd edək ki, "The Best" mükafatı fevralın 27-də təqdim ediləcək.

Geri qayıt