Qelebə.az / “Sabah” beynəlxalq turnirin qalibi oldu

“Sabah” beynəlxalq turnirin qalibi oldu

6-04-2026, 14:56

Antalya şəhərində keçirilmiş "Antalya City Friendship Cup" beynəlxalq futbol turnirinin qalibi olub.

QELEBE.AZ xəbər verir ki, Nasir Nəsirlinin baş məşqçisi olduğu komanda qrup mərhələsində Türkiyənin "Manavqat" (4:0), "TSI Academy" (7:1) və "Göztepe" (6:1) komandalarını məğlub edib.

U-14 yarımfinalda meydan sahibi ölkənin "Kardelenspor" (5:1) komandasını üstələyərək həlledici matça vəsiqə qazanıb. Final oyununda Azərbaycanı təmsil edən "Young Pro" komandasına 3:0 hesabı ilə qalib gələn "Sabah" turniri çempion kimi başa vurub.

Geri qayıt