Qelebə.az / “Neftçi” hazırlıqları başa vurdu

“Neftçi” hazırlıqları başa vurdu

4-04-2026, 20:53

"Neftçi" Misli Premyer Liqasının 26-cı turunda qarşılaşacağı “Sumqayıt”la matçın hazırlığı yekunlaşıb.

Apasport.az xəbər verir ki, komandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Qeyd edək ki, aprelin 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Neftçi” matçı saat 18:00-da başlanacaq.

Geri qayıt