Qelebə.az / Fernandeş ayın oyunçusu seçildi

Fernandeş ayın oyunçusu seçildi

4-04-2026, 09:50

"Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu olub.

QELEBE.AZ xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı futbolçu martda çempionatda 4 oyunda iştirak edib. O, bu qarşılaşmalarda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Mükafat uğrunda mübarizədə Fernandeş Ceyms Qarner ("Everton"), Denni Uelbek ("Brayton"), Morqan Gibbs-Uayt ("Nottingem Forest"), Entoni Qordon ("Nyukasl"), Aleks İvobi ("Fulhem") və David Rayanı ("Arsenal") qabaqlayıb.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi cari mövsümdə çempionatda 28 matça çıxıb, 8 qol vurub və 16 məhsuldar ötürmə verib. "Mançester Yunayted" 31 turdan sonra 55 xalla turnir cədvəlində üçüncüdür.

Geri qayıt