Qelebə.az / “İnter” fransalı forvard üçün 50 milyon tələb edir

“İnter” fransalı forvard üçün 50 milyon tələb edir

1-04-2026, 23:07

"İnter"in hücumçusu Anj-Yoan Bonni yayda komandadan ayrıla bilər.

QELEBE.AZ xəbər verir ki, "Əl-Hilal" və PSJ fransalı futbolçunu transfer etmək istəyir.

Bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

Milan təmsilçisi 22 yaşlı forvard üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, "İnter" Anj-Yoan Bonnini mövsümün əvvəlində "Parma"dan 23 milyon avroya transfer edib. Fransa U-21 millisinin üzvü Milan təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt