FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Apasport.az xəbər verir ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə 3 pillə irəliləyib.
Yığmamız 1136,67 xalla 124-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, reytinq cədvəlinə Fransa başçılıq edir. İlk üçlüyü isə İspaniya və Argentina tamamlayır.