Qelebə.az / Niderlanddan qələbə, İngiltərə Uruqvayla bacarmadı

Niderlanddan qələbə, İngiltərə Uruqvayla bacarmadı

28-03-2026, 11:18

Futbol üzrə milli komandalar arasında bir sıra yoldaşlıq görüşləri keçirilib.

QELEBE.AZ xəbər verir ki, Niderland millisi öz meydanında Norveç yığmasını qəbul edib.

Gərgin keçən qarşılaşmada qapılara ümumilikdə 3 qol vurulub. Oyun ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İngiltərə millisi isə doğma azarkeşləri önündə Uruqvayla bacarmayıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Geri qayıt