Qelebə.az / "Zirə"nin futbolçusu "Şamaxı" klubuna keçib

"Zirə"nin futbolçusu "Şamaxı" klubuna keçib

7-02-2023, 19:36

"Zirə"nin futbolçusu Ramin Əhmədov "Şamaxı"ya keçib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ramin Əhmədov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də formasını geyinib.

Geri qayıt