Qelebə.az / İngiltərə Premyer Liqasında tur təxirə salınıb

İngiltərə Premyer Liqasında tur təxirə salınıb

9-09-2022, 15:00

İngiltərə Premyer Liqasının VII turu təxirə salınıb.

QELEBE.AZ saytının məlumatına görə, bunu Premyer Liqanın mətbuat xidməti açıqlayıb.

Belə addım atılmasına Böyük Britaniyanın kraliçası II Yelizavetanın ölümü səbəb olub. 1952-ci il fevralın 6-da 25 yaşında taxta çıxan kraliça 70 il ölkəni idarə edib.

Qeyd edək ki, II Yelizavetanın 97 yaşında ölümünə görə Avropa Liqasının “Mançester Yunayted” – “Real Sosyedad” görüşü 1 dəqiqəlik sükutla başlayıb.

Geri qayıt