Qelebə.az / Ronaldinyo oğlunun "Barselona" ilə müqavilə imzalayacağını açıqlayıb

Ronaldinyo oğlunun "Barselona" ilə müqavilə imzalayacağını açıqlayıb

7-02-2023, 17:45

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun oğlu Joao Mendeş de Assis Moreyranın İspaniya "Barselona"sı ilə müqavilə imzalayacaq.

"Report"un məlumatına görə, bu barədə əfsanəvi yarımmüdafiəçi RAC-1 telekanalına açıqlama verib.

O bildirib ki, bu ilin yanvarından Kataloniya təmsilçisinin düşərgəsində olan Mendeş bu komandada oynamağa davam edəcək: "Onun transferindən sonra "Barselona"da həmişəkindən daha çox vaxt keçirəcəyəm".

Qeyd edək ki, Ronaldinyo 2003 - 2008-ci illərdə "Barselona"da çıxış edib.

Geri qayıt