Adama Traore "Vest Hem"i tərk edə bilər.
Apasport.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanından ciddi təklif alıb.
Futbolçu ilə "Əl-Hilal" yaxından maraqlanır. Klub yay transfer pəncərəsində Traore üçün hərəkətə keçməyi planlaşdırır.
Vingerin "Vest Hem"lə müqaviləsi 2026-cı ilin yayına qədərdir.