Qelebə.az / Qrizmann MLS-də çıxış edəcək

Qrizmann MLS-də çıxış edəcək

23-03-2026, 21:31

"Atletiko Madrid"in ulduz futbolçusu Antuan Qrizmann karyerasını ABŞ-də davam etdirəcək.

QELEBE.AZ xəbər verir ki, fransalı hücumçu "Orlando Siti" ilə anlaşıb.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, 35 yaşlı forvard MLS təmsilçisi ilə 2 illik razılaşma əldə edib.

Qeyd edək ki, Fransa millisinin üzvü "Atletiko Madrid"də indiyədək 497 rəsmi matça çıxıb, 211 qol vurub və 97 məhsuldar ötürməyə imza atıb.

Geri qayıt