“Hər şeydən öncə sizinlə birlikdə olmaq mənim üçün qürurdur".
Apasport.az saytının mətbuat konfransında iştirak edən əməkdaşı xəbər verir ki, bu sözləri 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Rui Jorje deyib.
Mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
"Ümid edirəm ki, qarşıdakı bir il ərzində çox yaxşı təcrübə keçərik. Bu müddət ərzində bərabər olacağıq".