Qelebə.az / Yüksək Liqa: “Azərreyl” ilk məğlubiyyətini alıb

Yüksək Liqa: “Azərreyl” ilk məğlubiyyətini alıb

6-02-2023, 19:23

Qadın voleybolçular arasında Azərbaycan çempionatında V turun oyunları keçirilib.

“Report”un məlumatına görə, Yüksək Liqada günün ilk görüşündə lider “Azərreyl” büdrəyib.

Nominal qonaq qismində meydana çıxan “Abşeron” hər üç setdə qalib gələrək, “Azərreyl”ə ilk məğlubiyyəti yaşadıb – 3:0 (25:21, 26:24, 25:17).

Digər qarşılaşmada isə “Murov” hələ də xal qazana bilməyən UNEC-i 3:0 (25:9, 25:23, 25:11) hesabı ilə üstələyib.

Geri qayıt