Qelebə.az / Valverdedən xüsusi uğur

Valverdedən xüsusi uğur

12-03-2026, 13:24

"Real"ın kapitanı Federiko Valverde unikal göstəriciyə imza atıb.

QELEBE.AZ xəbər verir ki, "kral klubu"nun uruqvaylı futbolçusu Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti"yə qarşı (3:0) het-trik edib.

Bununla da, o, tarixə düşüb. Valverde turnirdə bir matçda 3 qol vuran ikinci uruqvaylı olub.

Valverdeyə qədər "Deportivo"nun keçimş futbolçusu Valter Pandiani bunu bacarıb. O, 2000/01 mövsümündə fərqlənib.

Geri qayıt