Azərbaycanda keçiriləcək “FIFA Series – 2026”nın oyunlarına biletlər satışa çıxarılıb.
QELEBE.AZ xəbər verir ki, Azərbaycan, Oman, Syerra Leone və Sent Lüsiya millilərinin iştirakı ilə keçiriləcək turnirin martın 27-də baş tutacaq ilk matçlarına bilet satışı https://iticket.az/ vasitəsi ilə həyata keçirilir.
Azarkeşlər saat 15:00-da, "Dalğa Arena"da keçiriləcək Oman – Syerra Leone, 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq Azərbaycan – Sent Lüsiya görüşlərinə bilet ala bilərlər.