Qelebə.az / II Liqada XVI tura yekun vuruldu

II Liqada XVI tura yekun vuruldu

4-03-2026, 18:49

Futbol üzrə Azərbaycan II Liqasında XVI tura yekun vurulub.

QELEBE.AZ xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub.

"Dinamo" "Şirvan"ı qəbul edib. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Dinamo" 19 xalla turnir cədvəlinin 7-ci, 26 xalı olan "Şirvan" isə 6-cı pilləsində qərarlaşıb.

II Liqa
XVI tur
"Dinamo" - "Şirvan" 3:1
Qollar:
 V.Seyidov, 33-p. Ə.Abbasov, 54, Y.Qarayev, 90+1 - Ü.Quliyev, 16

Geri qayıt