Qelebə.az / Azərbaycan Premyer Liqasının oyunları Türkiyədəki zəlzələyə görə sükutla başlayacaq

Azərbaycan Premyer Liqasının oyunları Türkiyədəki zəlzələyə görə sükutla başlayacaq

6-02-2023, 11:51

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında keçiriləcək iki oyun bir dəqiqəlik sükutla başlayacaq.

Bu barədə "QELEBE.AZ"a Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

Onun sözlərinə görə, "Şamaxı" - "Turan Tovuz" və "Sabah" - "Səbail" qarşılaşmasında Türkiyədə zəlzələ nəticəsində dünyasını dəyişənlər yad olunacaq.

Qeyd edək ki, qarşılaşmalar müvafiq olaraq 14:00-da və 18:00-da start götürəcək.

Geri qayıt