Qelebə.az / Bəhlul Mustafazadə “Kəpəz”lə oyun haqda: “Heç-heçə pis nəticə deyil”

Bəhlul Mustafazadə “Kəpəz”lə oyun haqda: “Heç-heçə pis nəticə deyil”

5-02-2023, 12:21

Bunu “QELEBE.AZ”un Qərb bürosuna açıqlamasında “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə “Kəpəz”lə heç-heçə etdikləri (1:1) Azərbaycan Premyer Liqasının XXII tur oyunu barədə danışarkən deyib.

26 yaşlı müdafiəçi Gəncədəki görüşdə xal itkisini meydançanın durumu ilə əlaqələndirib: “Meydançanın vəziyyəti ürəkaçan deyildi. Bizə oynamaqda çətinlik yaradan səbəblərdən biri də bu idi. Məlumdur ki, bütün komandalar bizə qarşı oyuna yüksək əhval-ruhiyyədə hazırlaşırlar. “Kəpəz”in çıxışında bunu bir daha gördük. Müdafiəyə üstünlük verib, daha çox kompakt oyun nümayiş etdirdilər. Belə bir meydançada bu cür oyun göstərən komandanın müdafiəsini yarmaq bizim üçün istər-istəməz çətin oldu”.

Qeyd edək ki, “Qarabağ” 57 xalla Premyer Liqaya liderlik edirsə, “Kəpəz” aktivindəki 14 xalla turnir cədvəlinin 9-cu pilləsində yer alır.

Geri qayıt