Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
QELEBE.AZ xəbər verir ki, Azərbaycanlı FIFA referisi Konfrans Liqasında pley-off mərhələsinin matçını idarə edəcək.
Ağayev "KuPS Kuopio" - "Lex Poznan" matçına təyinat alıb.
Həmyerlimizə Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Ehtiyat hakim FIFA referisi Elçin Məsiyev olacaq.
VAR hakimi İngiltərədən olan Stüart Atuelə Nicat İsmayıllı yardım edəcək.