Qelebə.az / Azərbaycanın 3x3 basketbol millisi ilk dəfə FIBA Çempionlar Kubokuna qatılacaq

Azərbaycanın 3x3 basketbol millisi ilk dəfə FIBA Çempionlar Kubokuna qatılacaq

16-02-2026, 20:09

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ilk dəfə FIBA Çempionlar Kubokunda mübarizə aparacaq.

Apasport.az xəbər verir ki, yığma ikinci dəfə təşkil olunacaq turnirdə Avropa Kuboku 2025-in finalçısı kimi iştirak hüququ qazanıb.

Martın 13-dən 15-dək baş tutacaq yarışda milli B qrupunda İspaniya, Kanada və Tayland yığmaları ilə üz-üzə gələcək.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.

Geri qayıt