Qelebə.az / "Qarabağ"ın futbolçusu cəzalı duruma düşüb

"Qarabağ"ın futbolçusu cəzalı duruma düşüb

4-02-2023, 14:20

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə cəzalı duruma düşüb.

"QELEBE.AZ"un məlumatına görə, buna 26 yaşlı müdafiəçinin "Kəpəz"ə qarşı keçirdikləri XXI tur oyununda sarı vərəqə alması səbəb olub.

Mövsümdə 4-cü dəfə belə halla üzləşən Mustafazadə XXII turda "Sabah"la matçı buraxacaq.

Qeyd edək ki, "Kəpəz" - "Qarabağ" qarşılaşmasında hələlik hesab açılmayıb.

Geri qayıt