Qelebə.az / La Liqa: “Real” 3 xalı 4 qolla qazandı

La Liqa: “Real” 3 xalı 4 qolla qazandı

15-02-2026, 01:55

İspaniya La Liqasında XXIV turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Espanyol” öz meydanında “Selta” ilə qarşılaşıb.

4 qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib - 2:2.

“Real Madrid” isə evdə “Real Sosyedad”ı qəbul edib. 5 qolun vurulduğu qarşılaşmada sevinən tərəf “kral klubu” olub. Madrid təmsilçisi matçı 4:1 hesabı ilə qazanıb. “Real”ın heyətində Qonzalo Qarsiya, Vinisius Junior (2) və Federiko Valverde fərqləniblər.

İspaniya La Liqası
XXIV tur
17:00 “Espanyol” - “Selta Viqo” - 2:2
19:15. “Xetafe” - “Vilyareal” - 2:1
21:30. “Sevilya” - “Alaves” - 1:1   
00:00. “Real Madrid” - “Real Sosyedad” - 4:1

Geri qayıt