Qelebə.az / Qızıl medal qazandı - Olimpiya rekordu qırdı

Qızıl medal qazandı - Olimpiya rekordu qırdı

12-02-2026, 15:01

ABŞ milli komandasının heyətində çıxış edən sürətli konkisürən Cordan Stolz Milan və Kortina-2026 Qış Olimpiya Oyunlarının qalibi olub. 

QELEBE.AZ xəbər verir ki, o, 1000 metr məsafəyə yarışda bütün rəqiblərini qabaqlayaraq karyerasının ilk qızıl medalına yiyələnib.

Cordan, həmçinin 1:06.28 nəticə ilə yeni Olimpiya rekordunun müəllifi olub.

Qeyd edək ki, 21 yaşlı idmançı çoxnövçülükdə iki, fərdi məsafələrdə isə altı dəfə dünya çempionu adını qazanıb.

Geri qayıt