Qelebə.az / Millimiz Gürcüstana böyük hesabla məğlub olub

Millimiz Gürcüstana böyük hesabla məğlub olub

9-02-2026, 15:30

Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.

Apasport.az xəbər verir ki, millimiz Tbilisidə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk görüş rəqibin 6:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Geri qayıt