Qelebə.az / Sadio Mane PSJ ilə ilk oyunu buraxacaq

Sadio Mane PSJ ilə ilk oyunu buraxacaq

3-02-2023, 19:07

Almaniya "Bavariya"sının futbolçusu Sadio Mane Fransada PSJ-yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxacaq.

"QELEBE.AZ"un məlumatına görə, bu barədə Münhen təmsilçisinin baş məşqçisi Yulian Nagelsmann açıqlama verib.

O bildirib ki, ötən ilin noyabrında ciddi zədə alan seneqallı hücumçu ən yaxşı halda fevralın ortalarında sıraya qayıdacaq: "Manenin PSJ ilə ilk matçda oynamayacağı dəqiqdir".

31 yaşlı forvard zədə səbəbindən DÇ-2022-də də iştirak edə bilməyib.

Qeyd edək ki, PSJ - "Bavariya" oyunu fevralın 14-də keçiriləcək. Cavab qarşılaşması martın 8-də Münhendə olacaq.

Geri qayıt