Lənkəran Olimpiya İdman Kompleksində həndbol üzrə 2012-2013-cü il təvəllüdlü yeniyetmə oğlanlar arasında rayon birinciliyinə start verilib.
QELEBE.AZ xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.
AHF-nin dəstəyi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə Lənkəranın ümumtəhsil məktəblərini təmsil edən 16 komanda mübarizə aparır.
İki gün davam edəcək yarışın qaliblərinə kubok və diplomlar təqdim olunacaq.