Qelebə.az / "Ayaks"dan yeni transfer

"Ayaks"dan yeni transfer

4-02-2026, 14:39

“Ayaks” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Niderland təmsilçisi Maer Karrisonu transfer edib.

19 yaşlı hücumçunun keçidi “Ayaks”a 6 milyon avroya başa gəlib. 

Karriso ilə imzalanan müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub. O, Amsterdam təmsilçisində 7 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, hazırda “Ayaks” Erediviziyanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Geri qayıt