İtaliya A Seriyasında XXIII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son gün 1 matç keçirilib.
"Milan" səfərdə "Bolonya" ilə üz-üzə gəlib. "Rossonyerilər" rəqibini 3 cavabsız qolla məğlub edib.
Qeyd edək ki, "Milan" hazırda 50 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Bolonya" isə 30 xalla 10-cu sıradadır.