Türkiyə Super Liqasında mübarizə aparan "Fənərbaxça"da ayrılıq yaşanacaq.
Apasport.az xəbər verir ki, Yusuf En-Nesiri komandanı tərk edəcək.
Bu barədə insayder Yağız Sabuncuoğlu paylaşım edib.
Onun sözlərinə görə, futbolçu "Əl-İttihad"a transfer olunacaq. Bildirilib ki, tərəflər müqavilənin şərtlərində razılığa gəliblər.
Keçidin rəsmiləşməsi üçün Səudiyyə Pro Liqasının transferə icazə verməsi gözlənilir.
Qeyd edək ki, mərakeşlı futbolçu "Fənərbaxça"ya 2024-cü ilin yayında qoşulub. Onun "sarı-lacivərdlilər"lə sözləşməsi 2029-cu ilin iyuluna qədərdir.