"Karvan-Yevlax"la yollarını ayıran Nika Çaçaşvilinin taleyinə aydınlıq gəlib.
QELEBE.AZ xəbər verir ki, onun yeni klubu müəyyənləşib.
Futbolçu karyerasını I Liqada davam etdirəcək. "Mingəçevir" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb. Tərəflər arasında rəsmi müqavilə imzalanıb.