Qelebə.az / “Trabzonspor” Türkiyə millisinin üzvünü heyətinə qatıb - RƏSMİ

“Trabzonspor” Türkiyə millisinin üzvünü heyətinə qatıb - RƏSMİ

30-01-2026, 00:58

“Trabzonspor” hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Trabzon təmsilçisi “Konyaspor”un hücumçusu Umut Nayiri transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı forvardla 1,5+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm “Konyaspor”un heyətində keçirdiyi 21 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt