Qelebə.az / Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə üçüncü olub

Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə üçüncü olub

26-01-2026, 21:40

Azərbaycanın yeniyetmə qılıncoynadanı Abbas Hüseynov Polşanın Konin şəhərində keçirilən “Cadet Circuit” beynəlxalq turnirində bürünc medala sahib olub.

QELEBE.AZ xəbər verir ki, bu barədə Azərbaycan Qılıncoynatma Federasiyası məlumat yayıb.

Qrup mərhələsini 4 qələbə ilə başa vuran sablyaçı pley-offda ardıcıl olaraq Böyük Britaniya, Fransa, Almaniya və Rumıniya təmsilçilərini mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.

A.Hüseynov finalın bir addımlığında sonradan turnirin qalibi olan fransalı Qael Boujrad-Benauda 14:15 hesabı ilə uduzaraq yarışı üçüncü pillədə tamamlayıb.

Geri qayıt