Qelebə.az / "Sabah" Ayaz Quliyevlə yollarını ayırıb

"Sabah" Ayaz Quliyevlə yollarını ayırıb

26-01-2026, 13:57

"Sabah" futbolçusu Ayaz Quliyevlə yollarını ayırıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Quliyev 2023-cü ildən "Sabah"da çıxış edirdi. O, bu müddətdə komandanın heyətində 54 oyun keçirib.

Geri qayıt