İspaniya La Liqasında “Real Madrid” səfərdə “Vilyarreal”la qarşılaşıb.
QELEBE.AZ xəbər verir ki, görüş Madrid təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın taleyini ikinci hissədə vurulan qollar həll edib. 47-ci və 90+4-cü dəqiqələrdə Kilian Mbappe fərqlənərək “kral klubu”na üç xal qazandırıb.