Qelebə.az / Millimiz Danimarkaya məğlub olub

Millimiz Danimarkaya məğlub olub

22-01-2026, 21:22

Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirib.

Apasport.az xəbər verir ki, yeni ildə ilk matçına çıxan yığmamız Bakı İdman Sarayında Danimarka millisini qəbul edib.

Görüş qonaq komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisinin heyətində yeganə qolu Nihat İsmayılov vurub.

Qeyd edək ki, bu komandalar arasında növbəti yoldaşlıq oyunu yanvarın 24-də, saat 16:00-da Bakı İdman Sarayında keçiriləcək.

Geri qayıt