"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.
QELEBE.AZ xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.
"Sarı-göylər" Rəhman Hacıyevi heyətinə qatıb. 32 yaşlı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Rəhman Hacıyev mövsümün ilk yarısını "Səbail" klubunda keçirib.
Qeyd edək ki, Hacıyev milli komandanın heyətində 9 oyuna çıxıb.