Qelebə.az / Millimizin üzvü oynamadı, komandası xal itirdi

Millimizin üzvü oynamadı, komandası xal itirdi

19-01-2026, 11:32

Albaniya Super Liqasının 20-ci turunda bir sıra oyunlar keçirilib.

Apasport.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” səfərdə "Elbasani" ilə qarşılaşıb.

Görüş 2:2 hesabı ilə yekunlaşıb. Əliyev bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib.

"Eqnatiya" hazırda 38 xalla birinci yerdədir.

Geri qayıt