Qelebə.az / Rusiya klubu "Beşiktaş"ın futbolçusu ilə maraqlanır

Rusiya klubu "Beşiktaş"ın futbolçusu ilə maraqlanır

18-01-2026, 00:39

"Zenit" "Beşiktaş"ın 25 yaşlı yarımmüdafiəçisi Orkun Kökçü ilə maraqlanır.

Apasport.az xəbər verir ki, Rusiya klubu Türkiyə millisinin üzvü üçün "Beşiktaş"a 30 milyon avrodan çox pul təklif etməyə hazırdır.

Yarımmüdafiəçi 2025-ci ilin yayından bəri Türkiyə klubunda çıxış edir. Bu müddət ərzində Kökçü bütün yarışlarda 21 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə edib.

Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalındakı futbolçunun dəyəri 25 milyon avrodur.

Geri qayıt