Qelebə.az / "Şəki" kapitanı ilə vidalaşıb

"Şəki" kapitanı ilə vidalaşıb

16-01-2026, 13:41

"Şəki" ABŞ-dən olan basketbolçusu Samir Styuartla yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandanın kapitanı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bildirilib ki, ayrılığa səbəb oyunçunun Azərbaycan Basketbol Liqasının III dövrəsində baş tutmuş NTD ilə matçında ciddi zədə almasıdır.

Basketbolçu zədəsinin müalicəsinə vətəni ABŞ-də davam edəcək.

Geri qayıt