Qelebə.az / KL: "Samsunspor"un pley-offdakı rəqibi bəlli olub - YENİLƏNİB

KL: "Samsunspor"un pley-offdakı rəqibi bəlli olub - YENİLƏNİB

16-01-2026, 13:50

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə gedən yolda pley-off raundu üçün cütlüklər müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında baş tutub.

Türkiyə təmsilçisi “Samsunspor” liqa mərhələsini 12-ci pillədə başa vuraraq pley-off mərhələsində iştirak etmək hüququ qazanıb.

Super Liqa klubu 1/8 finala yüksəlmək uğrunda Şimali Makedoniyanın “Şkendiya” komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 19 və 26 fevral tarixlərində keçiriləcək.

Geri qayıt