Qelebə.az / Premyer Liqa klubları qış transfer dönəmində yeni rekorda imza atıblar

Premyer Liqa klubları qış transfer dönəmində yeni rekorda imza atıblar

1-02-2023, 14:53

İngiltərə Premyer Liqasının klubları qış transfer dönəmində oyunçu keçidlərinə xərclənən pula görə yeni rekorda imza atıblar.

“QELEBE.AZ” xəbər verir ki, elitanın 20 komandası 2023-cü ilin yanvarında futbolçu transferinə ümumilikdə 923 milyon avro xərcləyib.

Bu isə 2018-ci ildə müəyyən edilmiş 486 milyon avroluq rekorddan təxminən ikiqat artıq məbləğdir. 2022-ci ildə klublar qış fasiləsində 333 milyon avro xərc çəkiblər.

Premyer Liqa təmsilçiləri 2022/2023 mövsümündə ümumi xərclərə görə də rekordu yeniləyiblər. Klublar yayda və qışda ümumilikdə 3,17 milyard avroluq xərcə düşüblər.

Geri qayıt