Qelebə.az / Amil Yunanov I Liqa klubundan ayrılıb - RƏSMİ

Amil Yunanov I Liqa klubundan ayrılıb - RƏSMİ

15-01-2026, 18:39

Futbol üzrə Azərbaycan I Liqa təmsilçisi “Şəfa”da ayrılıq yaşanıb.

QELEBE.AZ xəbər verir ki, komandanın hücumçusu Amil Yunanov klubu tərk edib.

Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

33 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Amil Yunanov ötən ilin yanvar ayından etibarən “Şəfa”nın formasını geyinirdi.

Geri qayıt